İranda Türkiyə sərhədi yaxınlığında PKK terror təşkilatının İran qolu olan PJAK-la İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) hərbçiləri arasında qarşıdurma yaşanıb.
ONA-nın Tehran bürosunun məlumatına görə, qarşıdurma dünən axşam saatlarında ölkənin şimal qərbində, Çaldıran mahalının Segrik kəndi yaxınlığında baş verib.
Nəticədə SEPAH-ın zabiti İbrahim Axundzadə həyatını itirib.
Sərhəddən İrana keçmək istəyən terrorçularla hərbçilər arasında çıxan qarşıdurmada daha bir neçə terrorçu məhv edilib.
Həmçinin onlara məxsus texnika və rabitə vasitələri müsadirə edilib.