Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, istefada olan ordu generalı Yaşar Büyükanıt vəfat edib.
APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, uzun zamandır, xəstəlikdən əziyyət çəkən 1940-cı il təvəllüdlü Y. Büyükanıt bu gün səhər saatlarında evində ölüb.
Qeyd edək ki, o, 2006-cı ildə Baş Qərargah rəisi olub, 2008-ci ildə istefaya göndərilib.
Səhhətindəki problemlə əlaqədar 4 gün əvvəl vəfat edən həyat yoldaşı Filiz Büyükanıtın dəfn mərasimində iştirak edə bilməyib.