Türkiyə sahillərində miqrantların olduğu qayıq batıb, nəticədə azı 11 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, ölənlərin arasında 8 uşaq da var.
Agentlik bildirir ki, qayıq Çeşmə şəhərinin Egey dənizi sahillərində batıb.