Türkiyə-Suriya sərhədində baş vermiş partlayış nəticəsində azı 12 dinc sakin ölüb, daha 25 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, partlayış Suriyanın Ər-Rai yaşayış məntəqəsindəki nəzarət-buraxılış məntəqəsində qeydə alınıb.
Bildirilir ki, partlayış partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partladılması nəticəsində meydana gəlib.