Türkiyə Suriyada əlavə hava hücumundan müdafiə sistemləri yerləşdirəcək.
APA xəbər verir ki, bu barədə “Daily Sabah” qəzeti prezident administrasiyası yanında müdafiə sənayesi katibliyinin rəhbəri İsmayıl Dəmirə istinadən yazıb.
Onun sözlərinə görə, aşağı hündürlükdə hədəfləri ələ keçirmək üçün nəzərdə tutulmuş və Türkiyə istehsalı olan “HİSAR-A” sistemləri bir həftədən sonra yerləşdiriləcək.
Bundan əlavə, Ankara Suriyada orta hündürlükdə hədəfləri tutmaq üçün nəzərdə tutulmuş “HİSAR-O” sistemlərini yerləşdirməyi planlaşdırır.
Eyni zamanda, Türkiyənin “Korkut” sistemləri artıq Suriyada yerləşdirilib.