Türkiyə üçün hazırlanan "F-35"-ləri ABŞ Hərbi Hava Qüvvələri alacaq
  • DÜNYA

  • 05:37 22 İyul 2020

Türkiyə üçün hazırlanan "F-35"-ləri ABŞ Hərbi Hava Qüvvələri alacaq

ABŞ rəsmi Ankaranın Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almasından sonra Türkiyə üçün nəzərdə tutulan “F-35” qırıcılarını istehsal üçün əməkdaşlıq proqramını ləğv etdikdən sonra pulla alacaq.

APA xəbər verir ki, bu barədə Pentaqon açıqlama yayıb.

Səkkiz “F-35A Lightning II” təyyarəsi 862 milyonluq müqavilə əsasında istehsalçı “Lockheed Martin”dən alınacaq. Bundan əlavə, müqaviləyə ABŞ Hərbi Hava Qüvvələri üçün altı təyyarə də daxildir.

“Lockheed Martin”in Türkiyə üçün istehsal etdiyi “F-35”-lərin dəqiq sayı məlum deyil. “Defense News” portalı bir müddət əvvəl onların sayının 24 olduğunu yazmışdı. Bu təyyarələrin birinin qiymətinin təqribən 78 milyon dollar olacağı deyilir.

Sərxan Kamallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR