"Türkiyə UNESCO-nun razılığı olmadan Aya Sofya məbədinin statusunu dəyişə bilməyəcək".
ONA xəbər verir ki, bu barədə “Euronews”-a UNESCO-dan açıqlama veriblər.
Təşkilatdan bildirilib ki, muzeyin məscidə çevrilməsi ilə bağlı Dünya İrs Komitəsi qərar qəbul etməlidir.
Qeyd edək ki, martın 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofyanın məscidə çevrilə biləcəyi ilə bağlı açıqlama verib.