• DÜNYA

    11:28 8 sentyabr 2019

Türkiyə və ABŞ Suriyanın şimalında ilk birgə patrul xidmətinə başlayıb

Türkiyə və ABŞ hərbçiləri Suriyanın şimalında birgə patrul xidmətinə başlayıb.

Bu gün Türkiyə və ABŞ hərbçiləri Suriyanın şimalında, Fərat çayının şərqində təhlükəsiz zona yaradılması fəaliyyəti çərçivəsində ilk birgə patrul xidmətinə başlayıb.

ONA-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Üzərində Türkiyə bayrağı olan 6 zirehli texnikadan ibarət karvan Akçaqala qəsəbəsi istiqamətində sərhədi keçərək Suriyanın şimalında ABŞ hərbi maşın karvanına qatılıb. Pilotsuz təyyarələrin də müşayiəti ilə həyata keçiriləcək birgə patrul xidməti günorta saatlarına qədər davam edəcək.

Qeyd edək ki, Suriyanın şimalı PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin nəzarətindədir. Türkiyə ABŞ-ın dəstəklədiyi PYD/YPG bölmələrinin bölgədən çıxarılmasını və 30 km-ə qədər enlikdə təhlükəsizlik zonasının yaradılmasını tələb edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əks halda Türkiyə ordusunun həmin bölgəni terrorçulardan təmizləmək üçün hərbi əməliyyata başlayacağını bəyan edib.

Səid

Teqlər:

SON XƏBƏRLƏR