Türkiyə Rusiya ilə birlikdə Suriyada PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-nin nəzarətindəki Tel Rıfat bölgəsində patrul xidməti təşkil etməyi planlaşdırır.
ONA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyə Müdafiə Nazirliyinin yüksək səlahiyyətli nümayəndələri bildiriblər ki, “Fərat qalxanı” əməliyyatı çərçivəsində azad edilən və hazırda müxalif Azad Suriya Ordusunun nəzarətindəki bölgənin təhlükəsizliyinin qorunması üçün bu addımın atılması vacibdir.
Son dövrlər PYD/YPG terrorçuları Tel Rıfat bölgəsindən Fərat qalxanı bölgəsinə hücumlar təşkil edir. Bununla əlaqədar Türkiyə təhlükəsizliyin qorunması üçün Rusiya ilə birlikdə Tel Rıfatda ortaq patrul xidmətinin aparılması üçün müzakirələr aparır.
Qeyd edək ki, bundan öncə Türkiyə Rusiya ilə birlikdə Suriyanın İdlib bölgəsində ortaq patrul xidmətinə başlayıb.