Türkiyə və Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2018-ci ildə 14 faiz artıb.
ONA-nın Türkiyə bürosunun məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada rusiyalı həmkarı Sergey Lavrovla görüşdə bildirib.
M. Çavuşoğlu hər iki ölkənin hədəfinin ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq olduğunu qeyd edib.