“Krımda bu gün səhər Krım Tatar türklərinin evlərinə edilən hücumları və onların nəzarətə götürülməsini narahatlıqla izləyirik”.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, sözügedən hadisə Krımın 2014-cü ildə qeyri-qanuni zəbtindən sonra yerli tatarlara tətbiq olunan davamlı təzyiq və hədənin son nümunəsidir: “Türkiyə hüquq və mənafelərini sülh yolu ilə müdafiə etdiyi soydaşlarımız olan Krım tatarlarının hər zaman yanında olacaq”.
Xatırladaq ki, bu gün səhər saatlarında Rusiyanın hüquq-mühafizə orqanları əməkdaşları Krımda bir çox ünvana basqın edib. Jurnalist Ayder Kadirov olmaqla, 4 nəfər saxlanılıb.