• DÜNYA

    00:23 4 noyabr 2019

Türkiyə XİN sözçüsü ABŞ-ın hesabatına etiraz edib

“ABŞ Xarici İşlər Nazirliyinin 2018-ci ilə dair terrorizm hesabatında əks olunub ki, “Əcnəbi terror təşkilatı” olaraq siyahıya alınan PKK 2015-2018-ci illərdə Türkiyədə 1200-dən çox vətəndaş, polis və əsgərin qətlə yetirilməsinə məsuliyyət daşıyır”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy ABŞ Xarici İşlər Nazirliyinin 2018-ci ilə dair terrorizm hesabatı haqqında sorğuya cavab verərkən bu barədə bildirib.

Hami Aksoy deyib ki, sözügedən hesabatda Türkiyənin həm İŞİD, həm PKK tərəfindən terrora məruz qaldığı və bu terror təşkilatlarına qarşı mübarizə apardığı, başda İŞİD ilə Mücadilə Beynəlxalq Koalisiyası olmaqla, Türkiyənin beynəlxalq planlardakı fəaliyyətlərdə aktiv iştirakçı olduğu qeyd edilib.

Diplomat deyib ki, hesabatda YPG-nin adının çəkilməməsi və bunun yerinə “PKK-nın Suriyadakı qolu” ifadəsinin işlədilməsi bu terror təşkilatı ilə ABŞ-ın əməkdaşlıq etmədiyi anlamına gəlməməlidir: “Digər tərəfdən, hesabatda Türkiyəni hədəfə götürən terror təşkilatı FETO-nun “sürgündə bir din adamı” olaraq təqdim edilməsi, 15 iyul xain dövlət çevrilişinə cəhdi görməməzlik anlamına gəlir. Eyni zamanda bununla ABŞ səlahiyyətliləri FETO terror təşkilatı başçısına ABŞ ərazisində təhlükəsiz sığınacaq verilməsi məsuliyyətindən qaçmış olurlar. 251 günahsız vətəndaşımızın şəhid edildiyi və minlərlə insanımızın yaralandığı bu xain 15 iyul terroru unudlmamalıdır, terrora qarşı beynəlxalq mübarizədə böyük önəm daşıdığı bilinməlidir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR