Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-a müraciət edərək, ölkənin beşinci nəsil F-35 döyüş təyyarələrinin istehsalı proqramından təcrid olunması qərarının ləğvinə çağırıb.
APA-nın Türkiyə bürosu “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə XİN Vaşinqtonun bu addımını “yanlış qərar” adlandırıb.
“Bu birtərəfli qərar alyansın ruhuna ziddir və heç bir qanuni əsası yoxdur. ABŞ bizim NATO ilə birgə işçi qrupu yaratmaq təklifimizə cavab verməyib, bu onu göstərir ki, ABŞ bu problemin həllinə dürüst yanaşa bilmir. Rəsmi Vaşinqtona strateji əməkdaşlığımıza xələl gətirən bu problemi həll etməyi təklif edirik”, - deyə XİN-in açıqlamasında qeyd olunur.