“Bir terrorçunu qəhrəman kimi ucaltmaq üçün atılan bu addımı terrora şərait yaratmaq kimi qiymətləndirir və buna etiraz edirik”.
ONA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.
Bəyanatda deyilir ki, 27 yanvar 1973-cü ildə Türkiyənin Los-Ancelesdəki baş konsolu Mehmet Baydar ilə müavini Bahadır Dəmiri şəhid edən erməni terrorçu Qurgen Yanikyanının Los-Ancelesdəki məzarlıqda olan cəsədinin qalıqları dünən İrəvandakı əsgər qəbiristanlığında təntənə ilə dəfn edilib.
Türkiyə XİN Ermənistan tərəfin bu hərəkətini pisləyir və şiddətlə qınayır: “Dövlətimizə sədaqətlə xidmət edərkən şəhid olan bütün vəzifə sahiblərimizi bir daha rəhmətlə anırıq”.