• DÜNYA

    19:48 11 aprel 2019

Türkiyə XİN: "Makronun qərarı Türkiyə-Fransa əlaqələrinə mənfi təsir göstərəcək"

Türkiyənin Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronun 24 apreli “qondarma erməni soyqırımının” qurbanlarının xatirə günü elan etməsi qərarını tənqid edib.

ONA xəbər verir ki, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

“Fransanın Türkiyəyə dair dostluq prinsiplərindən uzaq mövqeyi Türkiyə-Fransa əlaqələrinə mənfi təsir göstərəcək”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.

Bəyanatda həmçinin bildirilir ki, Emmanuel Makronun qərarı Fransada yaşayan 700 mindən çox etnik türkün hüquqlarını pozur.

Qeyd edək ki, ötən gün Fransa Prezidenti Emmanuel Makron 24 aprel tarixini qondarma "erməni soyqırımı qurbanlarının xatirə günü" elan edilməsi ilə bağlı qərar verib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR