• DÜNYA

    11:41 27 aprel 2019

Türkiyə XİN Portuqaliya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi Portuqaliya parlamentinin ötən gün 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımasını rədd edib.

ONA-nın məlumatına görə, bu barədə Türkiyə XİN-in yaydığı rəsmi bəyanatda deyilir.

“Tarixi siyasətləşdirməyə çalışan və beynəlxalq hüquq və Avropa qanunvericiliyinə hörmətsizlik edən belə yanaşmalar heç vaxt qəbul edilə bilməz. Biz Portuqaliya parlamentindən tarixi faktlara, arxiv məlumatlarına, qanuna hörmət etməsini və siyasi motivlər üçün reallığı təhrif etməməsini gözləyirik”, - deyə bəyanatda qeyd edilir.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR