• DÜNYA

    03:42 23 aprel 2020

Türkiyədə 18 milyon dollara ada satılır

Türkiyənin Egey dənizinə düşən hissəsində Kiçik-Oraq adası satılır.

APA “Hurriyet Daily News”a istinadən xəbər verir ki, 22,6 hektar sahəsi olan ada Muğla vilayətinə daxildir və kurort şəhəri Bodrumun yaxınlığında yerləşir. Bu ərazilər turistlər arasında çox məşhurdur, hər gün buralarda gəzinti qayıqları dolaşır.

Adanın ərazisində 500 kv/m sahəsi olan dəbdəbəli villa və 150 kv/m sahəsi olan daha bir bina var. Burada 350 ağaclıq zeytun bağı da yerləşir. Bura qorunan ərazidir, burada yeni tikintiyə icazə yoxdur.

Adanın sahibləri buranı 125 milyon türk lirəsinə (təxminən 18 milyon dollar) satmağı düşünür.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR