• DÜNYA

    18:42 19 mart 2023

Türkiyədə 4,4 və 4,1 maqnitudalı zəlzələ olub

Türkiyədə iki dəqiqədə iki zəlzələ qeydə alınıb.

ONA-nın xəbərinə görə, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Kahramanmaraşın Göksun rayonunda saat 15:54 radələrində 4.4 maqnitudalı, saat 15:56 radələrində 4.1 maqnitudalı zəlzələlər olub.

Dağıntı və tələfat qeydə alınmayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR