Türkiyənin şərqindəki Ərzincan şəhərində kütləvi zəhərlənmə olub. Ümumilikdə 56 nəfər qidadan zəhərlənib, onların arasında 21 uşaq da var.
ONA xəbər verir ki, bu barədə “Cümhuriyyet” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, şəhərin mərkəzində orduya yollanma ilə əlaqədar ziyafət təşkil olunub. Banket ziyafətindən sonra qonaqlardan bəziləri yüksək hərarət, ürəkbulanma və baş gicəllənməsi şikayətləri ilə təcili tibbi yardıma müraciət edib. Zəhərlənən şəxslərin hamısı xəstəxanalara yerləşdirilib.