• DÜNYA

    11:39 20 mart 2019

Türkiyədə 5,6 maqnitudalı zəlzələ olub

Bu gün yerli vaxtda səhər saat 09.34 radələrində Türkiyədə 5,6 maqnitudalı zəlzələ olub.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, zəlzələnin ocağı Dənizli rayonunun Acıpayam qəsəbəsində, 27 km dərinlikdə yerləşib.

Daha sonra 4,5 və 4,8 maqntitudalı sarsıntılar qeyd alınıb. Zəlzələ Türkiyənin Egey və Mərmərə dənizləri sahillərindəki yaşayış məntəqələrində hiss edilib.

Zəlzələ nəticəsində binalarda çatlar yarandığı, tələfat olmadığı açıqlanıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR