Türkiyənin Tokat şəhərinin Reşadiye mahalında ağır yol qəzası baş verib.
ONA-nın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus aşıb.
İlkin məlumata görə, qəza nəticəsində “34 HL 3817” dövlət nömrə nişanlı avtobusda olanlardan 7 nəfəri ölüb, 30 nəfəri isə yaralanıb.
Qəza saat 17:30 radələrində Reşadiye mahalının Güvendik kəndi yaxınlığında qeydə alınıb.
Yaralılar Reşadiye Dövlət Xəstəxanasına aparılıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.