Türkiyənin Balıkəsir vilayətində sərnişin avtobusu yanğın baş verib.
ONA Türkiyə mediasına istinadən xəbər verir ki, hərəkətdə olan sərnişin avtobusunda baş verən yanğının səbəbi bilinmir. Nəticədə ikisi uşaq olmaqla 5 nəfər yanaraq ölüb, 15 nəfər xəsarət alıb. Digər sərnişinlər xilas edilib.
Xəsarət alanlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.