• DÜNYA

    22:38 17 iyun 2020

Türkiyədə avtomobildə partlayış olub, 4 nəfər ölüb

Türkiyənin Şırnak bölgəsinin Silopi rayonunda yol tikintisi üçün yanacaq daşıyan avtomobildə partlayış olub.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Şırnak Valiliyi məlumat yayıb.

Bildirilib ki, səbəbi bilinməyən partlayışda avtomobildəki 4 nəfər ölüb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İraqla sərhəd olan Şırnak Türkiyədə terrorçuların mağaralarda ən çox sığınacaq aldığı yerlərdən biridir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR