Bu gün Türkiyədə bələdiyyə seçkilərində səsvermə başa çatıb.
ONA-nın məlumatına görə, seçkilərdə 30 şəhər, 81 rayon və 922 qəsəbə bələdiyyəsində 1389 yer uğrunda 8270 namizəd mübarizə aparıb.
Müstəqil namizədlər və 12 siyasi partiyanın qatıldığı seçkidə hakim Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası “Cümhur ittifaqı”, Cümhuriyyət Xalq Partiyası və İYİ Partiya “Millət İttifaqı” blokunda birləşiblər. Səadət Partiyası da seçkilərdə “Millət İttifaqı” ilə birgə hərəkət edib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 39 min nəfərlik şəxsi heyət təhlükəsizlik tədbirlərinə cəlb olunub. Bundan başqa, nişan, toy və sair kütləvi şənlik və tədbirlərin saat 18.00-a kimi keçirilməsinə məhdudiyyət qoyulmuşdu.
***
saat 08.07
Bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir.
ONA-nın məlumatına görə, seçkilərdə 30 şəhər, 81 rayon və 922 qəsəbə bələdiyyəsində 1389 yer uğrunda 8270 namizəd mübarizə aparır.
Müstəqil namizədlər və 12 siyasi partiyanın qatıldığı seçkidə hakim Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası “Cümhur ittifaqı”, Cümhuriyyət Xalq Partiyası və İYİ Partiya “Millət İttifaqı” blokunda birləşirlər. Səadət Partiyası da seçkilərdə “Millət İttifaqı” ilə birgə hərəkət edir.
Səsvermə ilə bağlı ölkədə ciddi təhlükəsizlik tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 39 min nəfərlik şəxsi heyət təhlükəsizlik tədbirlərinə cəlb olunub. Bundan başqa, nişan, toy və sair kütləvi şənlik və tədbirlərin səsvermə günü Türkiyə vaxtı ilə saat 18.00-a kimi keçirilməsinə məhdudiyyət qoyulub. Gecə saat 23.00-a qədər spirtli içki satılmayacaq. Seçicilər səsvermə otaqlarına mobil telefonla daxil ola bilməzlər.
Rəsmi məlumatlara görə, ölkə üzrə təxminən 57 milyon vətəndaş səsvermədə iştirak etmək hüququna malikdir. Seçki məntəqələrində 194 min 390 səsvermə qutusu qoyulub. Ölkə üzrə 1 milyon 156 min vətəndaş ilk dəfə səs verəcək. Ən çox seçici 10 milyon 560 min 96 nəfər olmaqla İstanbulun payına düşür. Seçicilərin 3 milyon 922 min 163 nəfəri isə Ankaradakı səsvermə məntəqələrində siyasi iradələrini ifadə edəcəklər.