Türkiyədə keçirilən bələdiyyə seçkilərində səslərin sayılmasına başlanılıb.
ONA-nın məlumatına görə, artıq səsvermə qutularının bir hissəsi açılıb.
Səslərin sayılması davam edir.
Əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) birliyi olan Cümhur İttifaqı ilə ana müxalifət olan Cümhuriyyət Xalq Partiyası (CHP) və İyi Partiyanın (İP) birliyi olan Millət İttifaqının namizədləri arasında gedir.
Diqqətlər daha çox paytaxt Ankara, İstanbul, İzmir, Antalya və digər böyük şəhərlərdə səsvermənin nəticələrinə yönəlib.
Ankarada əsas rəqabət Cümhur İttifaqının namizədi Mehmet Özhaseki ilə Millət İttifaqının namizədi Mansur Yavaş, İstanbulda Cümhur İttifaqının namizədi Binali Yıldırımla Millət İttifaqının namizədi Əkrəm İmamoğlu, İzmirdə Cümhur İttifaqının namizədi Nihat Zeybekçi ilə Millət İttifaqının namizədi Tunc Soyer, Antalyada isə Cümhur İttifaqının namizədi Menderes Türellə Millət İttifaqının namizədi Muhittin Böcek arasında gedir.