• DÜNYA

    21:41 20 aprel 2020

Türkiyədə COVID-19-a yoluxanların sayı 90 mini keçib

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 123 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" hesabında bildirib.

Nazir yazıb ki, son 24 saatda 39 703 nəfər şübhəli müayinə olunub, test nəticələrinə görə, onlardan 4674-ü koronavirus infeksiyasına yoluxub.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 2140 nəfər ölüb, 90 980 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1909 nəfəri reanimasiyadadır, 13 430 nəfərin isə müalicəsi müsbət nəticə verib. Müalicə olunan 1454 xəstə bu gün evə buraxılıb.

Türkiyədə indiyə qədər ümumilikdə 673 980 nəfər testdən keçibş

ONA

Teqlər:

SON XƏBƏRLƏR