• DÜNYA

    20:58 26 yanvar 2021

Türkiyədə COVID-19-dan 134 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 134 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 103 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 108, ağır xəstələr isə 1791 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 442 350 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 322 511 nəfər sağalıb, 25 344 nəfər isə ölüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR