• DÜNYA

    04:12 4 noyabr 2020

Türkiyədə COVID-19-dan 79 nəfər ölüb

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 79 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən belə bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 146 247 şübhəli koronavirus testindən keçib, onlardan 2343-nün cavabı pozitiv çıxıb, 1817 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 2386 nəfər olub.

Türkiyədə ümumilikdə 382 118 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 481 nəfər ölüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR