Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 253 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyənlərlə birlikdə 15 805 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Bu gün sağalan xəstə sayı 21 004, ağır xəstə sayı isə 4191 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 178 580 nəfər COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 058 437 nəfər sağalıb, 20 388 nəfər isə ölüb.
Nazir bildirib ki, COVID-19-la mübarizə tədbirləri müsbət nəticələrini göstərir, peyvəndləmələrdən uğurlu nəticə alana qədər də bu mübarizə davam etməlidir.