• DÜNYA

    20:53 16 aprel 2020

Türkiyədə COVID-19 diaqnozu ilə ölənlərin sayı 1643 nəfərə çatıb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 125 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" hesabında bildirib.

Nazir yazıb ki, son 24 saatda indiyədək ən çox test edilib - 40 427 nəfər, onlardan 4801-nin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 1643 nəfər ölüb, 74 193 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1820 nəfəri reanimasiyadadır, 7089 nəfərin isə müalicəsi müsbət nəticə verib. Müalicə olunan 1415 xəstə bu gün evə buraxılıb.

F.Qoca, həmçinin Türkiyədə indiyə qədər 518 143 nəfərin testdən keçdiyini qeyd edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR