• DÜNYA

    21:16 8 aprel 2020

Türkiyədə COVID-19 diaqnozu ilə ölənlərin sayı 812 nəfərə çatıb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 87 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 24 900 şübhəli koronavirus testindən keçib, onlardan 4117-nin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 812 nəfər ölüb, 38 226 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1492 nəfəri reanimasiyadadır, 1846 nəfərin isə müalicəsi müsbət nəticə verib. Bu gün müalicə olunan 264 xəstə evə buraxılıb.

Nazir, həmçinin qeyd edib ki, Türkiyədə indiyə qədər 247 768 nəfər testdən keçib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR