Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 99 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 30 177 şübhəli koronavirus testindən keçib, onlardan 2357-nin cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 2805 nəfər ölüb, 110 130 nəfər bu infeksiyaya yoluxub. Reanimasiyada 1776 xəstə var. Müalicə olunan 3558 xəstə isə bu gün evə buraxılıb.
Nazirin sözlərinə görə, son 20 gün içində xəsətəliyə ən az yoluxma sayı bu gün qeydə alınıb, intensiv terapiya alan xəstə sayında da azalma var.