Türkiyənin Qəhrəmanmaraş bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib.
ONA-nın Türkiyə mediasına istinadən xəbərinə görə, Qəhrəmanmaraşda baş verən zəlzələ Türkiyənin 4 vilayətində hiss edilib.
Afterşoklar 2 saata qədər davam edib. Şanlıurfa əyalətində dağıntılar var.
Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı artır.
Türkiyənin vitse-prezidenti Fuad Oktay yeraltı təkanlar nəticəsində ölənlərin sayının 284-ə çatdığını açıqlayıb.
O, 2323 nəfərin yaralandığını, 1710 binanın dağıldığını deyib.