• DÜNYA

    10:28 23 noyabr 2022

Türkiyədə güclü zəlzələ olub, 46 nəfər xəsarət alıb

Türkiyənin Düzce rayonunda zəlzələ baş verib.

ONA Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 04:09 radələrində 5,9 bal gücündə qeydə alınıb.

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ yerin 6,81 kilometr dərinliyində baş verib.

Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub.

Zəlzələ nəticəsində 46 nəfərin xəsarət aldığı açıqlanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR