Türkiyənin Yozqat şəhərində ağır-yol nəqliyyat hadisəsi baş verib.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Ordu şəhərindən Yozqata gedən mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 15 nəfər yaralanıb.
Qeyd edək ki, avtobusda olan sərnişinlər Ordu şəhər Gənclər Birliyi Qadın Həndbol komandasının üzvləri olub. İdmançılar Yozqat şəhərində keçirilən turinirə gedirmiş.