• DÜNYA

    04:03 25 oktyabr 2019

Türkiyədə istirahət edən rusiyalı turist əməliyyatdan sonra ölüb


Rusiyanın Türkiyədəki səfirliyi oktyabrın 8-də Alanyada dincələrkən xəstəxanada yerləşdirilən 54 yaşlı rus turistin öldüyünü açıqlayıb.
APA “İnterfaxa”a istinadla xəbər verir ki, oktyabrın 10-da əməliyyat edilən 1965-ci il təvəllüdlü Rusiya vətəndaşı oktyabrın 23-də dünyasını dəyişib.
Turistin hansı səbəbdən xəstəxanaya yerləşdirilməsi barədə məlumat verilməyib.
Rusiyanın Antaliyadakı Baş Konsulluğu cəsədin geri qaytarılması üçün lazımi tədbirlər görüb.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfirliyinin konsulluq şöbəsinin müdiri Anton Skvortsov bildirib ki, may ayından bəri Türkiyədə 88-dən çox rus həlak olub.
O, əlavə edib ki, ölümlərin əksəriyyəti turistlərin bir qədər diqqətsizliyindən baş verir, məsələn, yolu keçərkən qəzalar baş verir və s.
"İnterfax-Turizm" portalının açıqlamasında bildirib ki, Türkiyədə tətildə rusların ölüm hallarının çox olması ilk növbədə bu ölkəyə böyük turist axını ilə əlaqədardır. Təxminən hər gün Türkiyəyə 300 min rus səyahətə gəlir.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR