Türkiyədə koronavirusa yoluxanların sayı artıb.
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində yazıb.
"Koronavirusa youxmaqda şübhəli bilinən iki nəfərin müayinə nəticələri pozitiv çıxıb. Avropadan gələn 7, Amerikadan gələn 3 nəfərdə də yoluxma aşkarlanıb", - deyə F.Qoca bildirib.
Nazir ümumlikdə koronavirus infeksiyasına yoluxma sayının 18 nəfər olduğunu qeyd edib.