• DÜNYA

    11:00 23 noyabr 2020

Türkiyədə koronavirus peyvəndi pulsuz olacaq

Türkiyədə vətəndaşların yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndlənməsi pulsuz olacaq.

APA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Onun sözlərinə görə, Çinin peyvənd istehsal edən “Sinovac” şirkəti ilə danışıqlar başa çatıb və ilkin mərhələdə 10 milyon doza peyvənd sifariş edilib.

Nazir deyib ki, ilkin olaraq tibb işçiləri, daha sonra isə xroniki xəstəlikləri olan və digər risk qrupundakı şəxslər peyvənd olunacaq.

F. Qoca Türkiyədə yerli peyvəndin sınaqlarının uğurlu olduğunu da vurğulayıb.

O qeyd edib ki, koronavirusla mübarizə çərçivəsində xəstələr üçün “Favipiravir” dərman vasitəsi daha effektivdir. Nazir əlavə edib ki, “Favipiravir” dərman vasitəsinin Türkiyədə istehsalı üçün 4 firmaya icazə verilib.

“Xüsusilə vətəndaşlar tibbi maskadan istifadə edib, sosial məsafəni gözləsələr, habelə mümkün olduqca evdə qalıb, ehtiyac olmadığı təqdirdə kütləvi yerlərə getməsələr küçəyə çıxmaqla bağlı uzun müddətli məhdudiyyətlərə gedilməyəcək”, - deyə F. Qoca vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR