Türkiyədə koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı 4-ə çatıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 1981 nəfərin analiz nəticələrində 191-nin cavabı pozitiv çıxıb.
Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 359-a çatıb.