Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 112 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 6 670 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 201 ağır xəstələr isə 1317 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 531 456 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 440 706 nəfər sağalıb, 26 797 nəfər isə ölüb.