• DÜNYA

    01:32 18 mart 2020

Türkiyədə koronavirusdan ilk ölüm qeydə alınıb

Türkiyədə koronavirusdan 89 yaşlı bir kişi dünyasını dəyişib, yoluxma sayı 98-ə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Ssəhiyyə naziri Fəxrəddin Qoca açıqlamsında bildirib.

Nazir bu gün daha 51 nəfərdə koronavirus testlərinin nəticələrinin müsbət çıxdığını vurğulayıb. F.Qoca deyib ki, nəticələri müsbət olan xəstələr arasında müalicəyə tabe olanlar da var.

Qeyd edək ki, koronavirus infeksiyasına yoluxma halı Türkiyədə ilk dəfə 7 gün öncə aşkarlanıb. Hazırda ümumilikdə təhlükəli virusa yoluxanların sayı 98 nəfərdir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR