Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 55 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 34821 şübhəli koronavirus testindən keçib, onlardan 1635-nin cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4007 nəfər ölüb, 144 749 nəfər bu infeksiyaya yoluxub, 104 030 nəfəri isə müalicə olunub. Bu gün 2315 xəstə evə buraxılıb.