Türkiyədə koronavirusdan ölənlərin sayı 9-a çatıb.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca tvitter hesabında bildirib.
O qeyd edib ki, son 24 saat ərzində 3656 şüphəli test edilib. Onlardan 311 nəfərində cavablar pozitiv olub.
Nazirin sözlərinə görə, bu günə kimi ölkədə virusa yoluxanların sayı 670 nəfərdir: "Onlardan 9-u vəfat edib. Ölənlərin hamısı yaşlı insanlardır".