• DÜNYA

    02:10 24 noyabr 2020

Türkiyədə koronavirusdan sutkalıq ölüm sayı son 8 ayda ən yüksək həddə çatıb

Türkiyədə son sutkada 6713 nəfərə COVID-19 diaqnozu qoyulub, 153 nəfər isə bu virusdan ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla bağlı son bir günün statistikasını açıqlayarkən bildirib.

Nazir yeni növ koronavirus əleyhinə Türkiyədə kütləvi peyvənd tətbiq olunana qədər əhalidən COVID-19-a qarşı birgə mübarizə aparmaq üçün dəstək istəyib: “Mübarizə tədbirlərinə düzgün əməl edin, məcburiyyət olmadıqca, əhalinin sıx toplaşdığı məkanlara getməyin”.

Nazir deyib ki, son 24 saatda ağır xəstə sayı 4409 nəfər olub.

Türkiyədə indiyədək 453 535 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 12 511 nəfəri ölüb.

Qeyd edək ki, Türkiyədə bu günə olan ölüm sayı son 8 ayda qeydə alınan ən yüksək rəqəmdir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR