Türkiyədə koronovirusa sutkalıq yoluxma sayı yenidən rekord həddə çatıb
  • DÜNYA

  • 23:18 02 Aprel 2021

Türkiyədə koronovirusa sutkalıq yoluxma sayı yenidən rekord həddə çatıb

Türkiyədə koronovirusa sutkalıq yoluxma sayı növbəti dəfə rekord həddə çatıb. 

APA-nın yerli bürosunun Türkiyə Səhiyyə Nazirliyinə istinadla verdiyi məlumata görə, ölkədə 42 308 nəfərdə koronovirusa yoluxma faktı aşkarlanıb. 

Yoluxmadan 179 nəfərin ölümü təsdiqlənib. 2182 xəstənin vəziyyəti ağırdır. Ümumilikdə koronovirusdan ölənlərin sayı 31 892 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyədə COVİD -19 infeksiyasının yayılması sürətləndiyi üçün bu gün saat 21.00-dan etibarən ölkənin 58 vilayətində şənbə günləri də küçəyə çıxma məhdudiyyəti yenidən tətbiq olunmağa başlanıb.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR