Türkiyədə həfətəiçi hər gün saat 21:00-dan səhər saat 05:00-dək küçəyə çıxmaq qadağan olunacaq.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə nazirlərlə birgə keçirilən kabinet toplantısından sonra açıqlama verən R.T.Ərdoğan yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar belə bir qərar verildiyini bildirib.
Türkiyə Prezidenti deyib ki, cümə günləri saat 21:00-dan bazar ertəsi sabah saat 05:00-dək ümumiyyətlə küçəyə çıxılmayacaq. Qərar dekabrın 1-dən qüvvəyə minəcək.
Prezident yaşı 65-dən yuxarı və 20-dən aşağı olan əhalinin ictimai nəqliyyatdan isitifadəsinin qadağan olunacağını da bildirib.