“Türkiyə koronavirusa yoluxma hallarının sayının artması ilə əlaqədar məhdudiyyətləri yenidən sərtləşdiriləcək”.
APA-nın məlumatına görə, bunu Prezident Tayyip Ərdoğan Ankarada keçirilən mətbuat konfransında bildirib.
Ərdoğan deyib ki, “qırmızı” əyalətlərdə komendant saatı yalnız bazar günləri deyil, şənbə günləri də tətbiq ediləcək.
Qeyd edək ki, Türkiyədə dövlət rəsmiləri tərəfindən Ramazan ayında kütləvi iftar süfrələri ilə bağlı məhdudiyyətlərin tətbiq ediləcəyinə də qərar verilib.