Türkiyədə prezidentliyə namizədlər üçün Ali Seçki Qurumuna müraciət prosesi başlayıb.
ONA-nın xəbərinə görə, mayın 14-də keçiriləcək prezident seçkiləri və parlament seçkiləri təqviminə əsasən, seçicilər tərəfindən prezidentliyə namizəd göstərilmək istəyənlər üçün müraciət müddəti sabah saat 17.00-da başa çatır.
Müraciəti rədd edilənlər müraciətlərinə yenidən baxılması üçün 21 mart saat 15.00-a qədər yenidən müraciət edə bilərlər. Müraciətlərə baxılaraq həmin gün saat 17.00-a qədər cavab veriləcək.
Bundan sonrakı mərhələdə seçicilər tərəfindən namizəd göstərilənlər ən azı 100 min imzanı 22 mart-27 mart tarixlərində toplamalıdırlar.
Siyasi partiyaların prezidentliyə namizəd üçün müraciətlərinin qəbul edilməsi müddəti isə 23 mart saat 17.00-da başa çatacaq.
Prezidentliyə namizədliyi təsdiqlənənlərin yekun siyahısı martıq 31-də “Resmi Gazete”-də yayımlanacaq və təbliğat kampaniyası mərhələsi başlayacaq.