• DÜNYA

    17:27 3 may 2019

Türkiyədə qanunsuz miqrantları daşıyan qayıq batıb, 9 nəfər ölüb

Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonu ərazisində dənizdə qanunsuz miqrantları daşıyan qayıq batıb.

ONA-nın Türkiyə bürosu xəbər verir ki, Egey dənizinin Ayvalıq sahilində 3-ü azyaşlı olmaqla 9 nəfərin meyiti tapılıb. Batan qayıqdan bir nəfəri xilas etmək mümkün olub.

Məlumata görə, 3 azyaşlı olmaqla 7 nəfərin aqibəti məluma deyil. İtkin düşmüş şəxslərin axtarışına başlanılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR