Türkiyədə yeni növ koronovirusa sutkalıq yoluxma növbəti dəfə rekord həddə çatıb.
APA-nın yerli bürosunun Türkiyənin Səhiyyə Nazirliyinə istinadla verdiyi məlumata görə, ölkədə 49 584 nəfərdə koronovirusa yoluxma faktı aşkarlanıb.
Bu infeksiyadan 211 nəfər həyatını itirib.
2 477 xəstənin vəziyyəti ağırdır. Ümumilikdə koronovirusdan ölənlərin sayı 32 667 nəfərə çatıb.